AZENG

DOPİNQ NƏZARƏTİ

Milli Test Proqramı

AMADA ağıllı, riskləri nəzərə alan, təhqiqatlara əsaslanan və dəyişikliklərə həssas test proqramını icra edir. AMADA elmi nailiyyətləri, sosial tədqiqatları, idman cədvəli, idman növlərinə müvafiq fizioloji tələbləri, aşkarlama pəncərələrini və s. nəzərə alaraq qadağan edilmiş maddə və üsulların aşkarlanması üçün hərtərəfli yarış müddətində və yarışdan kənar müddətdə test proqramını həyat keçirir.

Risk qiymətləndirilməsi

Risk qiymətləndirilməsi, lazımi idmançıların düzgün vaxtda hədəflənməsi vasitəsilə test proqramının effektivliyini artırır, dopinqi aşkarlamaq şansının artırtılması üçün resurlsarın necə sərf olunmalı olduğunu müəyyən edir.

Test Bölüşdürmə Planı

AMADA risk qiymətləndirilməsi və prioritetlərin müəyyənləşdirilməsi əsasında Test Bölüşdürmə Planını (TBP) yaratmaqla testlərin səmərəli, təhqiqatlara əsaslanan və müntənasib paylaşdırılmasını planlaşdırır və həyata keçirir.

TBP idman növləri, idmançı kateqoriyaları, test növləri, toplanmış nümunə növləri və nümunə analizi növləri arasında müvafiq olaraq prioritetləri müəyyənləşdirir.

Milli Antidopinq Qaydaları Olimpiya idman növlərini və digər müəyyən idman növlərində daha yüksək dopinq təhlükəsini və onların milli idman üçün daha yüksək maraq təşkil etdiyini nəzərə alaraq, həmin idman növlərinə daha yüksək diqqət ayırır.

Yarış müddətində test

Yarış müddətində test idman yarışı zamanı həyata keçirilir. Azərbaycan Milli Antidopinq Qaydalarının yürisdiksiyası ilə əhatə olunan hər bir idman tədbiri zamanı dopinq nəzarəti testi keçirilə bilər.

Yarış müddəti idmançının sonuna qədər iştirakı planlaşdırılmış yarışdan on iki saat əvvəl başlayan və bu cür yarışın və yarışa aid nümunə toplanması prosesinin bitməsi arasında olan müddətdir.

AMADA öz proqramına əsasən həm sidik, həm də qan nümunələrini toplayır.

Yarışdan kənar müddətdə test

AMADA tərəfindən həyata keçirilən yarışdan kənar müddətdə test proqramı bütün idmançılar üçün bərabər imkanların yaradılması üçün əhəmiyyətlidir. Məkan məlumatı, istənilən zaman idmançıların harada olduqlarının müəyyən edilməsi və effektiv antidopinq proqramının əsas elementi olan əvvəlcədən xəbərdarlıqsız testlərin keçirilməsi üçün mühüm alətdir.